SABAH tələbəsinin “Bir fırçanın yolu” adlı sərgisi açılıb.
TƏLƏBƏLƏR
18 Aprel 2025
SABAH tələbəsinin “Bir fırçanın yolu” adlı sərgisi açılıb.
SABAH qrupları Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq ixtisasının tələbəsi Gülnur İskəndərovanın “Bir fırçanın yolu” adlı ilk fərdi yaradıcılıq sərgisi təqdim olunub.
AzMİU-nun Tarixi Muzeyinin təşkilatçılığı ilə Sərgi Salonunda reallaşan sayca 167-ci sərgidə tələbəmizin 68 rəsm əsəri, 15 qrafik işi, 1 memarlıq eskizi layihəsi və 11 əl işi nümayiş etdirilib və universitetin 50 illik yubileyinə həsr olunub. Sulu boya, quaş və karandaşla işlənmiş əsərlər janr və koloristik baxımdan müxtəlifliyi ilə seçilib.
Tədbirdə universitetin SABAH Mərkəzinin rəhbəri Pərvin Quliyeva, Dizayn fakültəsinin dekanı dosent Fərid Kərimov və Təsviri İncəsənət kafedrasının baş müəllimi Camal Vəlibəyov sərgi ilə bağlı fikirlərini bölüşərək tələbənin yaradıcılıq potensialını yüksək qiymətləndiriblər.
Sonra söz sərginin müəllifi Gülnur İskəndərovaya verilib. O, qonaqlara və yaradıcı fəaliyyətində onu dəstəkləyən hər kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, Gülnur İskəndərova 2014–2018-ci illərdə Gəncə Uşaq Rəssamlıq Məktəbində təhsil alıb. O, Gəncə şəhərində keçirilən “Azərbaycan-Türkiyə dostluğu” adlı sərgidə və Bakı şəhərində uşaq-gənclər arasında təşkil olunan “Mənim düşüncəm – 2017” adlı müsabiqə-sərgidə diplomlara layiq görülüb. Hazırda Tələbə Gənclər Təşkilatının CreArt Mədəniyyət Klubları tərkibində fəaliyyət göstərən Gənc Rəssamlar Dərnəyinin sədr müavini kimi fəaliyyət göstərir.