SABAH tələbəsi bilik yarışında uğur qazanıb.
TƏLƏBƏLƏR
11 Aprel 2025
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun "Konstitusiya və Suverenlik İli" və Azərbaycan Milli Elmlər Akademiyasının (#AMEA) yaradılmasının 80-ci ildönümü ilə əlaqədar təşkil etdiyi bilik yarışında #AzTU SABАН qruplarının “Elektrik və Elektronika mühəndisliyi” ixtisasının III kurs tələbəsi Əliyoldaş Əmiraslanlının üzvü olduğu komandanın hazırladığı "CO2toD" adlı cihaz birinci yerə layiq görülüb.
Qeyd edək ki, sözügedən qurğu hazırda dünyanın ən böyük problemlərindən olan qlobal istiləşmənin qarşısının alınması məqsədilə yaradılıb. Startap Beynəlxalq Yaşıl #STEAM Azərbaycan Festivalında 1-ci yerə, Dünya #Robot Olimpiadasında 2-ci yerə, həmçinin digər müsabiqələrdə müxtəlif mükafatlara layiq görülüb.