SABAH tələbələrinin Sumqayıt Texnoloji Parkına səfəri.
TƏLƏBƏLƏR
30 Aprel 2025
SABAH qrupları Azərbaycan Texniki Universitetinin “Elektrik və elektronika” ixtisasının tələbələri professor müəllim Müslüm Cengiz Taplamacıoğlu və AzTU SABAH mərkəzinin təşkilatçılığı ilə Sumqayıt Texnoloji Parkında yerləşən Elektrik avadanlıqları zavodu və Kabel zavoduna maarifləndirici səfər həyata keçiriblər.
Səfər çərçivəsində tələbələr istehsalat prosesi, müasir texnoloji avadanlıqlar, eləcə də sənaye sahəsində tətbiq olunan innovativ həllərlə əyani şəkildə tanış olublar.