SABAH tələbələrinin Lənkəran Dövlət Dram Teatrınında tamaşası nümayiş olundu
TƏLƏBƏLƏR
23 İyul 2024SABAH İncəsənət Festivalı çərçivəsində 12 iyul tarixində Lənkəran Dövlət Dram Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupları “Aktyor ixtisası” IV kurs tələbələrinin təqdimatında Qurban Səidin “Əli və Nino” tamaşası nümayiş olundu.
Tamaşa alqışlarla qarşılandı, sonda Lənkəran Dövlət Dram Teatrının direktoru Laləzar Hüseynova SABAH qruplarının istetdadlı tələbələri tərəfindən hazırlanmış tamaşanın yaradıcı kollektivinə belə yüksək səviyyəli ifaya görə təşəkkür edərək onlara yaradıcılıq uğurları arzuladı. SABAH İcra Komitəsinin rəhbəri E.Səmədova çıxışında Lənkəran Dövlət Universitetinin rəhbərliyinə dəstəyə görə minnətdarlığını bildirərək, universitetlər arasında belə əlaqələrin bundan sonra da davam etdiriləcəyini qeyd etdi.