XƏBƏRLƏR

SABAH tələbələrİ Qarabağ Universitetində təhsil haqqı xərclərindən azad olunacaqlar!

TƏLƏBƏLƏR

04 İyun 2024

Ödənişli əsaslarla təhsil alan tələbələr Qarabağ Universitetində təhsil haqqı xərclərindən azad olunacaqlar!


2024/2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılacaq ixtisaslar:
1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi 
2. İbtidai sinif müəllimliyi 
3. Riyaziyyat müəllimliyi 
4. Xarici dil müəllimliyi (ingilis dili)
5. Hüquqşünaslıq
6. Beynəlxalq münasibətlər 
7. Maliyyə
8. Mühasibat


Qarabağ Universitetinin SABAH qruplarını niyə seçməli?
1. Qarabağ Universitetinin ilk tələbəsi olmaq
2. Ödənişsiz təhsil
3. Ödənişsiz yataqxana
4. Hər bir tələbəyə təqaüd, yüksək bal toplayanlara əlavə təqaüd
5. Hər bir tələbəyə kompüter 
6. Müasir maddi-texniki bazası olan universitet kampusu
7. Yeni məzmunlu təhsil proqramları
8. Peşəkar yerli və əcnəbi professor-müəllim heyəti 
9. Beynəlxalq, yerli ikili diplom və mübadilə proqramları
10. Elmi-tədqiqat və startap layihələrinin dəstəklənməsi