XƏBƏRLƏR

SABAH tələbələri Prof.Dr. Remziye Yılmazın ustad dərsində!

TƏLƏBƏLƏR

07 May 2025

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi SABAH qrupları və BDU SABAH qruplarının təşkilatçılığı ilə #Hacettepe Universitetinin professoru Prof.Dr. Remziye Yılmaz “Genetik modifikasiya edilmiş mikroorqanizmlər və onların tətbiqləri” mövzusunda növbəti ustad dərsi keçmişdir.    

        
Məruzəçi genetik modifikasiya olunmuş mikroorqanizmlər, bitki və heyvan orqanizmləri, genetik modifikasiyalı orqanizmlərin alınmasında istifadə olunan yanaşmalar haqqında ətraflı məlumat vermiş, bu istiqamətdə apardığı şəxsi tədqiqatların mahiyyətini, GMO orqanizmlərdən istifadəsinin üstünlükləri və riskləri haqqında danışdı. Auditoriyanın marağına səbəb olan bu mövzuya dair tələbə və gənc tədqiqatçıların çoxsaylı sualları professor tərəfindən cavablandırıldı.