XƏBƏRLƏR

SABAH tələbələri “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsində!

TƏLƏBƏLƏR

31 May 2024

Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun filiallarının bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələr üçün təşkil olunan müsabiqədə 17 ADPU SABAH tələbəsi final mərhələsinə yüksəlmişdir. 
#ADPU #SABAH qruplarının ilk 10-luğa daxil olan tələbələri:
1. Aygül Əliyeva - “Riyaziyyat və informatika müəllimliyi”  ixtisasının IV kurs tələbəsi.
2. Rəhim Kərimov - “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşmasının I kurs tələbəsi.
3. İsmət Qəribov - “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşmasının I kurs tələbəsi.
4. Aysel Şəfiyeva - “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşmasının II kurs tələbəsi.
Eyni zamanda, xüsusi fərqlənən əlavə 10 nəfər iştirakçı da həvəsləndirici mükafata layiq görülüb və onlar da mentorluq proqramına cəlb olunacaqlar. 
#ADPU #SABAH qruplarının xüsusi fərqlənən tələbələri:  
1. Sürəyya İslamova - “İbtidai sinif müəllimliyi” ixtisasının III kurs tələbəsi.
2. Bənövşə Dursunəliyeva - “İbtidai sinif müəllimliyi” ixtisasının III kurs tələbəsi.
3. Elza Nəsibova - “İbtidai sinif müəllimliyi” ixtisasının IV kurs tələbəsi.
 “Sən də bacararsan!” şüarı ilə keçirilən müsabiqənin 10 qalibinin hər birinə 1000 manat məbləğində pul mükafatı və digər hədiyyələr, xarici dil və informasiya texnologiyaları üzrə ödənişsiz kurslar, Təşkilat Komitəsi tərəfindən təyin olunacaq mentorlarla 1 illik peşəkar inkişaf proqramı (proqramın sonunda müvafiq referans məktubu veriləcək) və kadr bankına əlavə olunma imkanı təqdim olunur. Həmçinin müsabiqənin finalçıları kadr bankına əlavə olunmaqla onlara da müvafiq sertifikatlar və hədiyyələr təqdim olunmuşdur.
Qeyd edək ki, ümumilikdə 900-ə yaxın bakalavriat və magistratura üzrə tələbənin qatıldığı müsabiqədə, 3 ay ərzində 4 mərhələdən uğurla keçən 66 tələbə finalda iştirak etmişdir.