XƏBƏRLƏR

SABAH tələbələri Pakistanda keçiriləcək beynəlxalq yarışın final mərhələsinə vəsiqə qazanıblar!

TƏLƏBƏLƏR

10 May 2024

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “İnnovativ və Yaradıcı Həllərin Tapılması (#FICS)” adlı beynəlxalq müsabiqənin birinci mərhələsində SABAH tələbələri Kimya müəllimliyi ixtisası Cahan İsmayılova, Fizika müəllimliyi ixtisası üzrə Leyla Əliyeva, Biologiya müəllimliyi ixtisası üzrə Fəridə Rzayeva, Kompüter elmləri ixtisası üzrə İsgəndər Məmmədovdan ibarət komanda ikinci yerə layiq görülmüşdür.

Azərbaycan Texniki Universiteti və Pakistan İslam Respublikasının Milli Elm və Texnologiya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə Azərbaycanın ümumilikdə 10 ali təhsil müəssisəsindən 22 komanda iştirak edib. Məqsəd universitetlərin müəllim və tələbələrinin innovativ ideyalarla qlobal problemlərin həllinə töhfə verilməsinə cəlb olunmasıdır.

Müsabiqənin ilkin mərhələsinin qalibləri Pakistan İslam Respublikasının paytaxtı İslamabadda keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

#EATDA #eduaz #NUST #AzTU