XƏBƏRLƏR

SABAH tələbələri laboratoriya təcrübəsində

TƏLƏBƏLƏR

18 Dekabr 2025

BDU SABAH Mərkəzinin təşkilatçılığı ilə SABAH qruplarının Biotexnologiya və Biologiya müəllimliyi ixtisasının IV kurs tələbələri nəzəri biliklərinin praktiki tətbiqi məqsədi ilə  “Bayramlı Group” şirkətinin laboratoriyalarında təcrübə keçmişdirlər.

Təcrübədə təlimçi tərəfindən mərhələli şəkildə izah və nümayişlər keçirildi, sonra isə tələbələr öyrəndiklərini qan nümunəsində tətbiq edərək PZR analizini tam şəkildə özləri yerinə yetirdilər və bununla da real laboratoriya təcrübəsi qazandılar.