XƏBƏRLƏR

SABAH tələbələri “İnformasiya savadlılığı və süni intellekt” elmi seminarında. 

TƏLƏBƏLƏR

30 Aprel 2025


Bakı Dövlət Universitetinin və BDU  SABAH Mərkəzinin  təşkilati dəstəyi ilə  “İnformasiya savadlılığı və süni intellekt: rəqəmsal dövrdə imkanlar, təhlükələr və yeni strategiyalar" mövzusunda elmi seminar keçirilib. 


Seminarı giriş sözü ilə açan BDU SABAH Mərkəzinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Ömərova seminarın əhəmiyyətindən danışaraq bildirib ki, məlumatların sürətli şəkildə yayıldığı və texnologiyanın hər sahəyə nüfuz etdiyi bir dövrdə, informasiya savadlılığı və süni intellektin rolu daha da artır. 


Daha sonara Beynəlxalq Kommunikasiya və Media Mərkəzinin sədri, İtaliyanın iqtisadi Siyasi Araşdırmalr İnstitutunun üzvü, media tədqiqatçısı və eksperti, filologiya üzrə fəlsəfə doktoru Leyla Rəşid “İnformasiya savadlılığı və süni intellekt: rəqəmsal dövrdə imkanlar, təhlükələr və yeni strategiyalar" mövzusunda təqdimatla çıxış edib. 


Məruzəçi informasiya savadlılığı və süni intellektin  rəqəmsal dövrün  əsas elementləri kimi xüsusiyyətlərindən danışıb. Bildirib ki, informasiya savadlılığı ömürböyü təhsilin əsasını təşkil edərək təməl insan hüquqlarından biridir. 
Məruzədə yeni strategiyalar və yanaşmalar, təhsil sistemində informasiya savadlılığının tədrisi, süni intellektlə işləmə bacarıqlarının formalaşdırılması, süni intellektin simulyasiya edərək istifadəçiləri manipulyasiya etməsi, milli və beynəlxalq səviyyədə təşəbbüslər,  təhsildə və tədrisdə informasiya savadlılığı metodları, tənqidi düşüncə, mənbə təhlili və etik informasiya istifadəsi istiqamətdə elmi nəzəri yanaşmalarını səsləndirib. 


Seminarın əsas məqsədi tələbələrə informasiya savadlılığının və süni intellektin rəqəmsal dövrdə necə əlaqəli olduğunu vurğulamaq, bu anlayışların təhsil, sosial həyat və informasiya ekosistemindəki əhəmiyyətini və təhlükələrini çatdırmaqdır. Sonda məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.