XƏBƏRLƏR

SABAH tələbələri Hacettepe Universitetində!

TƏLƏBƏLƏR

05 May 2025

SABAH qrupları Azərbaycan Dövlət Pedaqoji Universitetinin  magistratura səviyyəsində “Ali təhsilin təşkili və idarə olunması” ixtisaslaşması üzrə təhsil alan I kurs tələbələri Əsmər Eminli və Nigar Məmmədova #Hacettepe Universitetində “Eğitim Zirvesi”  konfransının “Yükseköğretim kurumlarında başarıyı etkileyen bireysel faktörler” panelində  çıxış etmişlər.  


Konfransın açılışında #Hacettepe Universitetinin Təhsil fakültəsinin dekanı Prof. Dr.Şefika Şule Erçetin və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Ali təhsil müəssisələri ilə iş sektorunun müdiri və SABAH qrupları İcra Komitəsinin rəhbəri Elza Səmədova Türkiyə və Azərbaycan təhsil qurumları arasında əlaqələrin əhəmiyyətini vurğulamışlar. 
Sonda panelçilərimiz sertifikatlarla təltif olunmuşlar.