SABAH məzununun Londondan qalibiyyət sədaları!
MƏZUNLAR
04 Aprel 2025
SABAH qrupları Azərbaycan Rəssamlıq Akademiyasının (#ARA) bakalavriat səviyyəsi üzrə “Dekorativ tətbiqi sənət” (Bədii xalça) və magistr səviyyəsi üzrə “Təsviri incəsənət tarixi və nəzəriyyəsi” ixtisasının məzunu Ruhəngiz Bağırova #London şəhərində Golden Time Talent tərəfindən keçirilən beynəlxalq rəsm sərgisində xarici rəssam jürilərin qiymətləndirilməsi ilə 300-dən çox rəsm əsərlərinin içindən yuxarı bal toplayaraq I və II yerlərin qalibi olub.
I yer - “Xəzərim” adlı bədii xalça layihəsi, II yerə isə “Sehirli şəhər” adlı rəngkarlıq əsəri layiq görülmüş və mükafatlandırma üçün Londona dəvət olunmuşdur.
Qeyd edək ki, məzunumuz “Xəzərim” xalça layihəsini əməkdar rəssam, professor Məmmədhüseyn Hüseynovun rəhbərliyi ilə buraxılış yaradıcılıq işi olaraq 2020-ci ildə hazırlayıb.