SABAH məzunu Amerika Azərbaycanlı Gənclər Forumunda.
MƏZUNLAR
22 İyul 2025
SABAH qruplarının məzunu Murad Teymurov Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Virciniya ştatının Aleksandriya şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin təşkilatçılığı və Nyu Yorkdakı Amerika-Azərbaycanlı Gənclər Federasiyasının təşkilati dəstəyi ilə ABŞ-nin Virciniya ştatının Corc Meyson Universitetində baş tutan "EmpowerNext: Uniting Youth for Tomorrow’s Leadership" adlı 2-ci Amerika Azərbaycanlı Gənclər Forumunda iştirak etmək hüququ qazanıb. Həmçinin, təşkilatçıların dəvəti ilə “Building Global Connections: Empowering Youth Across Borders” mövzsusunda panel müzakirələrdə iştirak edib.
Qeyd edək ki, Murad Teymurov SABAH qrupları Azərbaycan Dövlət İqtisad Universitetinin Sənayenin təşkili və idarə edilməsi ixtisası üzrə 2018-ci il məzunudur. Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlə İdarəçilik Akademiyasında birinci magistratura təhsilini fərqlənmə ilə bitirdikdən sonra İtaliyanın Sapienza və Çexiyanın Charles Universitetlərində ikinci magistratura təhsilini və Dövlət İdarəçilik Akademiyasında fəlsəfə doktoru təhsilini başa vurub. Hal-hazırda Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində ABŞ-nin ən nüfuzlu universitetlərindən biri olan və beynəlxalq reytinqlərdə TOP 10-da yer alan University of Chicagoda dövlət idarəetməsi üzrə magistratura təhsili almaqla yanaşı universitetdə tədqiqatçı və müəllim kimi də fəaliyyət göstərir.