XƏBƏRLƏR

Qazi Universitetinin professoru təlim keçmişdir. 

TƏLƏBƏLƏR

06 İyun 2024

Qazi Universiteti Coğrafiya Təhsili Departamentinin professoru Salih Şahin ADPU-nun coğrafiya müəllimlərinə və tələbələrə “Coğrafiyanın tədrisində yeni yanaşmalar” mövzusunda praktiki təlim keçmişdir. 

Təlim zamanı S.Şahin coğrafiya dərslərinin interaktiv və faydalı olması üçün texnoloji imkanlardan, onlayn platformalar və internet resurslarından geniş istifadə olunmasının vacibliyini qeyd etmişdir. 
Eləcə də, SABAH qruplarında bakalavriatura səviyyəsi üzrə “Tarix və coğrafiya müəllimliyi” ixtisasının mövcud Təhsil Proqramının təkmilləşdirilməsi məqsədilə ekspert komissiyasının görüşü baş tutmuşdur. Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən görüşdə tədrisin keyfiyyətinin və məzmun zənginliyinin artırılması mövzusunda müzakirələr aparılmışdır. Qeyd edək ki, ekspert komissiyasına məsləhətçi olaraq professor Salih Şahin cəlb olunmuşdur.