Professor Ebru Çubukçu tərəfindən ustad dərsləri!
TƏLƏBƏLƏR
07 May 2025
28 aprel – 2 may tarixlərində SABAH qrupları Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq və şəhərsalma ixtisaslarında təhsil alan tələbələr üçün ustad dərsləri keçirilmişdir.
Ustad dərsləri Türkiyənin #Dokuz #Eylül Universitetinin professoru Ebru Çubukçu tərəfindən aparılmışdır. Tədris proqramı tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla inteqrasiyasını təmin etmək, müasir şəhərsalma və memarlıq yanaşmalarını mənimsətmək və beynəlxalq təcrübələri öyrənmək məqsədini daşımışdır. Dərslər memarlıq və şəhərsalma ixtisasında təhsil alan bakalavr və magistr tələbələrini əhatə etməklə gün ərazində səhər və axşam saatlarında həyata keçirilmişdir.
Ustad dərslərində “Mühit dizaynı”, “Şəhər ərazisinin abadlaşdırılması”, “Müasir texnologiyalar və yaşayış tərzi”, “Dayanıqlı nəqliyyat və gəzintiyə uyğun küçələr” və “Layihələrin təqdimatı” kimi mövzulara dair təqdimatlar edilmişdir. Bu dərslərdə şəhər məkanlarının funksional və estetik təşkili, dizayn prosesində sosial, ekoloji və texniki amillərin nəzərə alınması, urban mühitdə yeni texnologiyaların tətbiqi və davamlı şəhərsalma prinsipləri kimi mühüm məsələlər ətrafında geniş müzakirələr aparılmışdır.
Qeyd edək ki, bu dərslər tələbələrin peşəkar inkişafına əhəmiyyətli töhfə verməklə yanaşı, onları şəhərsalma və memarlıq sahəsində müasir təhsil və təcrübə ilə tanış edir, bu sahələrdəki ən son tendensiyaları mənimsəmələrinə köməklik göstərir.